Azərişıq”ın işçisi sərxoş halda AA seriyalı maşınla qəza törədib – Ölən var
    • 30-06-2022, 11:40
    • 504

Azərişıq”ın işçisi sərxoş halda AA seriyalı maşınla qəza törədib – Ölən var

Keçən il sentyabrın 7-də axşam saat 21-də Şəki şəhər Salman Mümtaz küçəsində piyada Vüqar Süleymanovu vurub öldürən 1978-ci il təvəllüdlü Xəyyam Yusubova hökm oxunub. 

News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən X.Yusubovun 3 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edilib. O, ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib. 

Araşdırmalar zamanı məlum olub ki, X.Yusubov Azərişıq ASC-nin Şimal-Qərb RETSİ-də Enerji Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsində işləyib və ali təhsillidir. O, daha əvvəl bıçaqlanma hadisəsinə görə tutulubmuş. Hadisəyə gəlincə, sentyabrın 7-də Şəkidə xidməti AA seriyalı “Qaz 3110” markalı avtomobilə sərxoş halda oturan Xəyyam maşını qeyri-rəsmi nikahda yaşadığı qadının evinə sürüb.

O, S.Mümtaz küçəsindən keçərkən Rusiyada biznes fəaliyyəti ilə məşğul olan V.Süleymanovu vurub. Lakin sərxoş halda olan və maşının işıqlarını yandırıb-yandırmadığını bilməyən Vüqar hərəkətinə davam edərək uzaqlaşıb. Bir qədər sonra isə onun yaşadığı evə polislər gələrək qəza törətdiyini və piyadanı öldürdüyünü deyiblər.

Məhkəmədə çıxış edən Xəyyam Yusubov hadisə vaxstı spirtli içkinin təsiri altında olduğu üçün maşınla piyadanı vurduğunu hiss etmədiyini bildirib.