Şəhid anası 29 il sonra oğlunun Qubadlıdakı məzarını ziyarət etdi - VİDEO
    • 30-06-2022, 12:58
    • 490

Şəhid anası 29 il sonra oğlunun Qubadlıdakı məzarını ziyarət etdi - VİDEO

Qubadlı rayonunun Hacılı kəndindən olan Şəhid Mübariz Nüsrət oğlu İsgəndərovun anası 29 ildən sonra Qubadlıya gedərək oğlunun məzarını ziyarət edib.

News24.az xəbər verir ki, bu haqda sosial şəbəkədə video paylaşılıb.

Xatırladaq ki, Mübariz İsgəndərov 1972-ci il mayın 2-də Hacılı kəndində anadan olub. O,1991-ci il ilin may ayında könüllü olaraq Vətənin müdafiəsinə qalxıb.  Oktyabrın 3-də Susuzdağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanıb. İgid döyüşçü rayonun Xanlıq kəndindəki, sonra isə Bakı şəhərindəki qospitalda müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, 1992-ci il oktyabrın 6-da dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz İsgəndərov 2-ci Qarabağ müharibəsində şəhid olan İsgəndərov İlkin Camal oğlunun əmisidir.