Nostradamusun bu il üçün 3 proqnozu reallaşdı, 1-i qaldı: “40 il göy qurşağı görünməyəcək”
    • 4-07-2022, 13:58
    • 522

Nostradamusun bu il üçün 3 proqnozu reallaşdı, 1-i qaldı: “40 il göy qurşağı görünməyəcək”

Məşhur fransız kahin, fizik, astroloq Nostradamusun 2022-ci il üçün verdiyi 4 proqnozdan 3-ü reallaşıb.

News24.az-
ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onun bu il üçün verdiyi ilk proqnoz dünyanın bir yerində müharibə və münaqişə ehtimalı idi. Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin də bu proqnozla üst-üstə düşdüyü bildirilir. İkinci proqnoz buğdanın yüksək qiyməti idi. Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bütün dünyada yaşanan taxıl böhranı buğdanın maya dəyərini xeyli artırıb. 

Digər proqnoz isə iqlim böhranı ilə bağlı idi. Nostradamus 1555-ci ildə nəşr olunan və 942 poetik dördlükdən ibarət məşhur "Les Propheties" kitabında iqlim dəyişikliyinin daha da pisləşəcəyini və artan temperaturun dənizlərdəki balıqları "yarı bişmiş" hala gətirəcəyini bildirmişdi. Bunu kitabında belə qeyd edir:

“40 il göy qurşağı görünməyəcək!
40 il hər gün görüləcək
Quru torpaq daha da yandırılacaq,
Göründüyü zaman böyük sel olacaq”.

Nostradamusun proqnozları 2007-ci ildə İtaliyanın Roma şəhərindəki bir muzeydən oğurlanmış əlyazma kitabı ilə ortaya çıxdı. Kitabın Almaniyada hərracda satılması nəzərdə tutulurdu.