Bu gün Ukraynada müharibə bitə bilər - Ekstrasenslər açıqladı
    • 10-03-2022, 12:10
    • 1 000

Bu gün Ukraynada müharibə bitə bilər - Ekstrasenslər açıqladı

Rusiya və Ukrayna arasında müharibənin nə zaman bitəcəyi ilə bağlı ekstrasens və astroloqlar proqnoz verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki ölkənin öncəgörücüləri müharibənin məhz mart ayında yekunlaşacağını iddia ediblər.

Tanınmış ukraynalı astroloq Vlad Ross 10 martı hadisələrin dönüş nöqtəsi adlandırır. Onun sözlərinə görə, bu tarixdən sonra ukraynalılar rahat nəfəs ala bilərlər. Vlad Ross bildirib ki, məhz bu gündən sonra qorxunc hadisələr geridə qalacaq.

Astroloq Nadejda Borovaya isə martın 21-dən sonra mühüm dəyişiklikləri proqnozlaşdırır: "Çox güman ki, işğalçılar bütün istiqamətlərdə fəaliyyətini dayandıracaqlar, yekun qərar verəcəklər. Eyni zamanda, hər iki tərəfin müharibə taktikasında dəyişiklik də gözləniləndir".

Məşhur ukraynalı astroloq və ekstrasens Maks Qordeyevsə taleyüklü rəqəm olaraq 8-i deyib. "Bu, 8-dir. Söhbət tarixdən və ya ayların sayından, döyüşlərin nə qədər davam edəcəyindən deyil, bərpa üçün vaxtdan gedir."  Gordeev bu proqnozuna əminliyini İnstaqram səhifəsində də qeyd edib: "Nüvə müharibəsi olmayacaq".

Rusiya astroloqları da Ukraynadakı müharibənin ən qanlı hissəsinin martın 10-da başa çatacağını iddia edirlər.

Numeroloqlar hərbi münaqişənin sonunun ən çox ehtimal olunduğu iki ayın adını çəkiblər: mart və may. 

Numerologiyada 3 rəqəmi (mart üçüncü aydır) ünsiyyəti təcəssüm etdir. Yəni tərəflər konstruktiv razılığa gələ biləcəklər. 5 rəqəmi emosionallıq və həssaslıqdır. Yəni liderlərin daxili vəziyyəti hərbi əməliyyatların dayandırılmasından yanadır.

Astroloq Tatyana Lukaşeviç etiraf edir ki, 18 martdan sonra hərbi əməliyyatların qəfil eskalasiyası irimiqyaslı partlayışlara gətirib çıxaracaq. Bu da elektrik enerjisi və internetlə bağlı problemlərə səbəb olacaq. Amma martın 20-də müntəzəm danışıqların gedişatında xarici müttəfiqlər tərəflərin razılığa gəlməsinə kömək edəcək.

Martın sonu - aprelin əvvəllərində Rusiya Federasiyası üçün vəziyyət daha da mürəkkəbləşəcək. Lukaşeviç həm kadr itkilərinin (yüksək məmurlar işini itirəcək), həm də ərazi itkilərinin olacağını etiraf edib.

Ən bədbin proqnozu Yuliya Ovçinnikova verib. O, 2022-ci ilin sentyabrında müharibənin yalnız pik nöqtəsinin olacağını deyib. Bununla belə, o, etiraf edib ki, bu proqnoz hərbi əməliyyatların özünün deyil, iqtisadi böhranın tarixinin göstəricisi kimi şərh edilə bilər.