Avtobusda qadına təpik vuran sürücü işinə qaytarıldı - VİDEO
    • 5-07-2022, 10:40
    • 644

Avtobusda qadına təpik vuran sürücü işinə qaytarıldı - VİDEO

Bir neçə gün əvvəl Sumqayıtda qadına təpik vuraraq avtobusdan yerə yıxması ilə gündəmə gələn sürücü Aqil Kosayev işinə geri çağrılıb.

News24.az xəbər verir ki, bunu “ARB Xəbər”ə açıqlamasında sürücü özü deyib. O bildirib ki, işlədiyi şirkətdən ona zəng edilib və işə qayıda biləcəyi söylənilib.

Sürücü Aqil Kosayev qadına təpik vurması ilə bağlı isə bunları deyib: “Məndən işıqforda düşməyi tələb etdi. Avtobus isə ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdi. Ona görə, qapını açıb düşürdə bilmədim. Belə vaxt və imkan olanda düşürürük. Amma həmin an imkan yox idi. Bundan sonra bir-birimizi başa düşmədik və hadisə baş verdi".//baku.ws