Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi
    • 5-07-2022, 16:07
    • 417

Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib.

News24.az oxu.az-a istinadla xəbər verir ki, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.

Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib.

R.N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.