Türkiyədə həlak olan TIR sürücüsü Goranboyda dəfn edildi
    • 6-07-2022, 11:37
    • 647

Türkiyədə həlak olan TIR sürücüsü Goranboyda dəfn edildi

İyulun 1-də Türkiyənin Artvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün nəşi ölkəyə gətirilib.

News24.az-ın məlumatına görə, faciəvi şəkildə ölən TIR sürücüsü Şahlar Kərimov ötən gün doğulduğu Goranboy rayonunun Bəşirli kəndində dəfn edilib.

Qeyd edək ki, hadisə zamanı dağdan qopan qaya parçaları 99-HY-188 dövlət nömrə nişanlı yük maşınlarının üstünə aşıb. Bu zaman sürücü Ş.Kərimov vəfat edib, daha 2 sürücü isə xəsarətlər alıb.