Tanınmış futbolçu karyerasını bitirdi
    • 8-07-2022, 17:32
    • 284

Tanınmış futbolçu karyerasını bitirdi

İngiltərə millisinin və "Arsenal"ın sabiq futbolçusu Cek Uilşer peşəkar karyerasını başa vurub.

News24.az-ın məlumatına görə, yarımmüdafiəçi 30 yaşında futbolla vidalaşıb.

Təcrübəli oyunçu qərarını bu cür izah edib: "Xəyallarımı gerçəkləşdirdim. Hamınıza təşəkkür edirəm. Açığı, məndən asılı olmayan səbəblərə görə karyeramı bitirmək məcburiyyətində olduğumu görmək ağır gəlirdi. Hələ də futbola nələrisə verə biləcəyimi düşünürdüm. Karyeramın hər anında həzz aldım. Artıq həyatımın bu hissəsini bağlamaq üçün doğru zamandır".

Qeyd edək ki, Cek Uilşir karyerası ərzində ölkəsinin "Bolton", "Bornmut", "Vest Hem" klublarının formasını da geyinib. Onun son klubu Danimarka "Orhus"u olub.