“Gecə yuxuda Aqil Abbası görmüşəm”- VİDEO
    • 12-07-2022, 23:47
    • 363

“Gecə yuxuda Aqil Abbası görmüşəm”- VİDEO

“Qarabağ” - “Lex” matçından sonra təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında gecə gördüyü yuxudan danışıb.

O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü bildirib:

“Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda sanki Şuşada idim”.

Qeyd edək ki, Aqil Abbas “Qarabağ” azarkeşidir. /Qafqazinfo/