ABŞ-da meymunçiçəyinə yoluxma artır
    • 14-07-2022, 10:05
    • 205

ABŞ-da meymunçiçəyinə yoluxma artır

Nyu-Yorkda meymunçiçəyinə yoluxanların sayında ciddi artım müşahidə olunur.

News24.az xəbər verir ki,  bazar ertəsi şəhərdə 223 xəstə var  idisə, hazırda bu göstərici 336-dır. Nyu-York səhiyyə departamenti siyahının tam olmadığını qeyd edib.

Çox sayda insan son günlərdə peyvənd olunmaq üçün xəstəxanalara axın edib. Bu da vaksin çatışmazlığına səbəb olub. Hələlik risk qrupuna daxil olanlar peyvənd edilir.