Britaniyada meymunçiçəyinə yoluxanların sayı kəskin artdı
    • 13-06-2022, 18:29
    • 246

Britaniyada meymunçiçəyinə yoluxanların sayı kəskin artdı

Böyük Britaniyada son üç gündə 100-dən çox yeni meymunçiçəyinə yoluxma halı aşkar edilib.

 News24.az xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Beləliklə, Böyük Britaniyada bu xəstəliyə yoluxanların ümumi sayı 470-ə çatıb. İngiltərədə 452, Şotlandiyada 12, Uelsdə 4 meymunçiçəyinə yoluxma halı təsdiqlənib.