BƏƏ-də meymunçiçəyinə beş yeni yoluxma aşkarlandı
    • 7-06-2022, 21:20
    • 337

BƏƏ-də meymunçiçəyinə beş yeni yoluxma aşkarlandı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə və Profilaktika Nazirliyi meymunçiçəyinə beş yeni yoluxma hadisəsi qeydə alıb.

News24.az xəbər verir ki, bu barədə BƏƏ xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət xəstəxanalarında müalicə alan iki xəstə tam sağalıb.

Mayın 24-də BƏƏ virus haqqında məlumat verən ilk ərəb dövləti olub. Mayın 29-da BƏƏ Səhiyyə Nazirliyi daha üç, iyunun 1-də isə daha dörd yeni yoluxma halı qeydə alıb.