Sumqayıt sakinini döyüb pulunu alan şəxslər TUTULDU
    • 14-07-2022, 11:06
    • 274

Sumqayıt sakinini döyüb pulunu alan şəxslər TUTULDU

Sumqayıtda quldurluq olub.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə iyulun 13-də 2 nəfərin şəhər sakini R.Quliyevi döyüb içərisində pulu olan cüzdanını və mobil telefonunu talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri, əvvəllər məhkum olunmuş H.Hüseynov və M.Nəcəfov müəyyən edilərək saxlanılıblar.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.