TƏBİB suçiçəyi peyvəndi ilə bağlı ÜST-ə MÜRACİƏT ETDİ
    • 15-07-2022, 15:58
    • 241

TƏBİB suçiçəyi peyvəndi ilə bağlı ÜST-ə MÜRACİƏT ETDİ

“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri ilə nisbətdə bahalıdır:

“Suçiçəyi peyvəndinin Milli Peyvənd Təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin dövlət proqramına salınması əhəmiyyətlidir”.