-
- 15-07-2022, 18:12
- 499
"Məni öldürmək istəyirdi, amma qayınanasını vurdu” - Gəncədəki davanın təfərrüatı
Xəbər verdiyimiz kimi, Gəncədə qonşular arasında bir nəfərin ölümü, bir nəfər isə ağır yaralanması ilə nəticələnən kütləvi dava baş verib.
News24.az hadisə ilə bağlı yeni faktlar əldə edib.
Gəncənin Səməd Vurğun küçəsində baş verən dava gecə saatlarında olub. 27 yaşlı Orxan Nağıyev “VAZ 2107” markalı avtomobillə 65 yaşlı Səlminaz Bağırovanı və 70 yaşlı Alim Məmmədovu vurub. Alim Məmmədov xəstəxanada keçinib.
İlkin məlumata görə, Orxan Nağıyev qonşusu Vaqif Tağıyevin həyat yoldaşı Rəsmiyə Əfəndiyevanı vurmaq istəyib. O, bu istəyini həyata keçirərkən, Səlminaz Bağırova və Alim Məmmədov təsadüfən avtomobilin altında qalıblar. Onu da bildirək ki, xəsarət alan Səlminaz Bağırova hadisəni törədən Orxan Nağıyevin qayınanası, dünyasını dəyişən Alim Məmmədov isə davanın səsinə çıxan qonşusudur.
Alim Məmmədovun həyat yoldaşı Firuzə Məmmədova bildirib ki, hadisə anidən baş verib: "Yoldaşım kənarda durmuşdu. Maşın sürətlə gəlib onu vurdu. Sürüyə-sürüyə bir neçə metr qabağa gətirdi"
Firuzə Məmmədova onu da deyib ki, dava edən Orxanla Vaqif əvvəllər dost olublar: "Bir-birinin evinə gedirdilər-gəlirdilər. Sonradan dalaşdırlar”.
Hadisə zamanı orda olan Alim Məmmədovun qohumu İradə Abbasova qonşuların son zamanlar tez-tez dalaşdıqlarını deyib: "Səs-küyə eşiyə çıxdim. Maşın gəldi dayandı və bir də baxdım ki, altında adam qalıb. Uşaqları çağırdım, maşını qaldırılar, dartıb çıxardıq. Təcili xəstəxanaya çatdırdıq, amma orada canını tapşırdı. Bu qonşular bir aydır ki, yola getmirlər, artıq 4-cü dəfədir ki, belə dalaşırdılar”.
Mübahisədə iştrak edən Rəsmiyə Əfəndiyeva hadisə ilə bağlı bunları bildirib: “Darvazamızı təpikləyib qırdılar. Ondan sonra da 15-16 maşınla yığılıb kürəkənimin qapısına getdilər. Orada qırğın salıb gəldilər bura. Burda da dava oldu. Sonra da oğlan maşına oturdu, qayınanasını vurdu, kişini maşının altına saldı. Məni öldürmək istəyirdi, amma maşınla qayınanasını vurdu”.
Qeyd edək ki, Orxan Nağıyev və Vaqif Tağıyev saxlanılıblar. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.