Polşa klubunun "Qarabağ"ın futbolçusuna borclu olduğu ortaya çıxıb
    • 18-01-2019, 13:04
    • 895

Polşa klubunun "Qarabağ"ın futbolçusuna borclu olduğu ortaya çıxıb

Polşanın "Lexiya" (Qdansk) klubunun "Qarabağ"ın futbolçusu Simeon Slavçevə borclu olduğu ortaya çıxıb.

Bu barədə 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. Bolqarıstanlı oyunçu klubdan ona 4 aylıq maaşının verilmədiyini etiraf edib.
Qeyd edək ki, hazırda "Lexiya" maliyyə problemləri ilə üzləşib. Futbolçular bu səbəbdən məşqdə iştirak etməkdən imtina etsələr də, danışıqlardan sonra məşqlərə qatılıblar. Qdansk təmsilçisi yanvarın sonuna kimi bu problemin həll olunacağını bildirib. Simeon Slavçev 2017-2018 mövsümünü icarə əsasında Polşa klubunda keçirib. Oyunçu 2018-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 

//Report