Azərbaycan əhalisinin SAYI AÇIQLANDI
    • 18-07-2022, 11:41
    • 243

Azərbaycan əhalisinin SAYI AÇIQLANDI

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 22781 nəfər və ya 0,2 faiz artaraq 2022-ci il iyun ayının 1-i vəziyyətinə 10179147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.