"Yeni il" bayramının gətirdiyi MƏYUSLUQLAR
    • 23-12-2018, 12:52
    • 1 782

"Yeni il" bayramının gətirdiyi MƏYUSLUQLAR

"Yeni il" bayramı yada düşən kimi çoxunun ağlına şənlənmək, qonaqlıqlar, yeyib-içmək, atəşfəşanlıq və bir sıra xoş amillər gəlir.

Bayramı sevənlər həvəslə gözləyirlər ki, vaxt tez gəlsin və necə lazımdırsa əylənsinlər. Lakin bu məqamda eyforiyanı kənara buraxıb, bir az da "Yeni il"in verdiyi reallıqları nəzərdən keçirək. Əvvəla düşünək: bayramı qeyd edərkən hamı ürəklə və doyunca əylənə bilirmi? Bəlkə də bəziləriniz inanmazsız, amma inanın ki, yox. Bəzən bayram məyusluq da gətirir. Niyəsini bilməyiniz üçün sizə bayram ərəfəsində məyusluq gətirən bir neçə detalı təqdim edirik:

1. Bayram ərəfəsində bütün ərzaqlar, hətta gecə 12-ni vurarkən ənənəvi "partladılan" şampan içkisi belə bahalaşır. Bu səbəbdən əksəriyyəti ürəyincə bazarlıq edə bilmir. 

2. Bayramı qeyd etmək üçün həmin gün əksəriyyəti ailə üzvləri və ya dost-tanışları ilə bir araya gəlir. Bu, tənha olub-olmadığınızı müəyyən etmək üçün əsl məqamdır...

3. Bayram günü şəhərlərin müəyyən məkanları insanlarla dolu olur - sıxlıq, bir-birini itələmə, səs-küy və s. Ona görə maraqlı nəsə görmək, ya da eşitmək hardasa imkansız olur. Ancaq həmin vaxt klaustofobiya sancısını yaşamaq bəziləri üçün 100% qarantlaşır.

4. Bayramı qeyd etmənin pik nöqtəsi gecə yarısıdır. Amma təəssüf ki, bərabər qeyd etdiyiniz adamların bəziləri həmin vaxt yatmaq istəklərini ertələyə bilmirlər. 

5. Bayram axşamı mətbəxdən otağa, ordan evin digər yerlərinə qaçaraq oynayan uşaqları vaxtında yatızdırmaq qeyri mümkündür. 

Sadaladığımız bu faktlar onu göstərir ki, həqiqətən məxsusi "Yeni il" bayramında sevinc, əyləncə yaşamaqla yanaşı məyusluq hissi keçirmək qaçılmazdır. Ancaq bir həqiqət də var ki, məyusluq gətirən bu faktlara qarşı bayramqabağı əvvəlcədən tədbir görsəz, o zaman "Yeni il" bayramını ideal şəkildə qeyd edə bilərsiz. 

Bütün oxucularımıza ideal bayram qeyd etmək diləyi ilə:

News24.Az