Bu il 13 prokurorluq işçisi cəzalandırıldı
    • 22-07-2022, 12:08
    • 233

Bu il 13 prokurorluq işçisi cəzalandırıldı

2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılıb.
 
News24.az xəbər verir ki, geniş Kollegiya İclası zamanı bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb. 

Qeyd olunub ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılıb.