Ötən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
    • 10-01-2022, 12:02
    • 295

Ötən il Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI

Ötən il Azərbaycanda yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.