-
- 24-12-2018, 01:34
- 2 462
"Maşın Şou"da Xəyalə Quliyevanın onu dəstəkləyən Nazilə Səfərliyə qarşı xəyanəti... - VİDEO
Ölkənin ən maraqlı şousu "Maşın"ın daha bir canlı efiri bitdi.
Şou boyunca tamaşaçılar çox iştirakçının bir-birinə qurduğu xain planların şahidi olub. Belə bir xainlik də dünənki buraxılışda yaşandı. İştirakçı Xose Bernardonun ondan xəbərsiz qurduğu planla səsverməyə çıxan aparıcı-aktrisa Xəyalə Quliyeva səs istədikdən sonra məsələ hədəf mövzusuna gəlincə şairə Nazilə Səfərli hədəf olma şübhəsinə düşdü. Bundan yana, özünü sığortalamaq üçün Xəyalədən dəqiq ad istədi. Lakin Xəyalə ilk başlarda konkret ad çəkmədi. Bu gedişlə, Nazilənin şübhələri daha da artdı. Bundan yana, sms səsverməsi Xosenin qurbanı seçilən Xəyalənin əleyhinə işləməyə davam etdi - ta o vaxta qədər ki, Nazilənin tamaşaçılarından gələn sms təhlükəsindən qorxuya düşən Quliyeva manipulyasiyaya düşərək, xain plan qurdu. Bildirdi ki, hədəfi kişilərdən biridir. Onun bu açıqlaması Səfərlini və ona pərəstiş edən tamaşaçılarını rahat saldı ki, ondan sonra Xəyalənin qalsınına gələn səsvermə artmağa başladı. Lakin Xəyalə Nazilənin ona qarşı olan mərhəmətini sui-istifadə etdi...
Şonun tanıtım çarxında özünü "Zita və Gita" hind filminin güclü personajı Gitaya bənzədən Xəyalə şou boyunca ta dünənə qədər adətən qorxaq Zita obrazını xatırladırdı. Səs topladıqdan sonra isə daha da betər oldu. Barı Zita filmdə hər nə qədər qorxaq obraz olsa da, aşırı zərif və ədalətin bərqərar olmasını xəyal edən xarakterdir. Xəyalə isə Zitalıqdan çıxıb, özünü əsl Gita göstərməyə çalışsa da unutduğu məqam vardı: Bəhs etdiyimiz filmdə Gita haqsızlığa, yalana, xainliyə qarşı çıxan xarakterdir. "Maşın"ın "Hind kinosu" bölümünün seriaları boyunca Nazilə Səfərli Xəyalənin gözünə filmin qəddar Kauşali xala obrazında görünürdü. Ancaq diqqətlə nəzər yetirsək, şou boyunca tam tərsi idi - Nazilə Səfərli "Zita və Gita"nın mərhəmətli "nənə" obrazına daha çox bənzəyirdi - üstəlik, Xəyaləyə qarşı. Çünki yada salarsaq, o, dəfələrlə Xəyaləni cəsarətli olmağa, açıq oyun oynamağa, hətta dünənki buraxılışda da nəvəsisayağı əzizləyərək, ədalətli qərar verməyə sövq edirdi. Fəqat Xəyalə bunların heç birini anlamadı və o, Gitasayağı deyil, elə özü Kauşalisayağı davrandı. Səs toplayaraq Nazilə Səfərlinin adını çəkməklə ona "Zita və Gita"da Rancitsayağı xaincə oyun quran iştirakçıların planlarını gerçəkləşdirdi. Bu addımı ilə Xəyalə bir daha zəif. idarəolunan iştirakçı olduğunu sübut etmiş oldu. Naziləyə antipatiya duyan tamaşaçı-oxucularımız bu fikirlə razılaşmaya bilərlər. Ancaq həqiqət budur - Xəyalə Quliyeva Naziləni və dəstəkləyənlərini arxayın salıb, ədalətsiz seçim etdi - onu qoruyan, cəasətləndirən iştirakçıya qıydı. Amma bunu edərkən düşünmədiyi məqam vardı: qurban seçilərək oyuna alət edilənlər heç vaxt qalib olmurlar. Belələri özləri də qurban seçildikləri tərəfdən əslində artıq məğlubdurlar! Xəyalə Quliyeva ha səbəb gətirsə də Nazilə onun üçün güclü rəqib idi, bu səbəbdən çıxartdı, burda əsla məntiq yoxdur. Məntiqlisi o idi ki, Xəyalənin güclü rəqibləri onu idarə edənlər, özündən xəbərsiz qurban seçən iştirakçı, ya da iştirakçılardır. Bir gün bunu anlayacaqmı, ya yox, buna inanmaq mümkün deyil. Anlasaydı, əvvəldən doğru oyun aparıb, sonda səs toplayaraq, doğru seçim edərdi. Nəinki özünü dünən Naziləni sevməyən şou iştirakçılarına və tamaşaçılarına Gitasayağı "qəhrəman" kimi göstəməyə çalışdı. Ancaq belə qəhrəman olmur. Qəhrəmanlar kiminsə idarəsinə tabe olanlar, qurma oyuna gələnlər, xain planlara düşənlər, ona qucaq açanları hədəf kimi seçənlər deyil. Qəhrəmanlar elə Gita kimi film, oyun, şou da olsa belə, şər qüvvələri məğlub edib, ədaləti bərqərar edənlərdir!
Doğrudur, "Maşın" bir şoudur. Ancaq elə bir şoudur ki, xüsusilə də iştirak edən tanınmışlar üçün, onların əsl xarakterlərini açıb ortaya qoyur. Bu baxımdan Murad Dadaşova böyük təşəkkür etmək lazımdır. Məhz onun sayəsində tamaşaçılar əksər tanınmışların kimliyini yaxşı tanıyıblar.
Bu şoudan yana nə qədər tamaşaçı rəğbəti itirən və qazanan tanınmış simalar var ki, onların şouda özlərini göstərdikləri kimlikləri hələ də müzakirə olunur və olunacaq.
Nazilə Səfərli şoudan məğlub kimi deyil, qalib kimi - Murad Dadaşov demiş, kişi xarakterli qadın timsalı getdi. Gedərkən də sonda söylədiyi 1 bənd şeirlə özünü və şouda qalan əksər iştirakçıları doğru və yerində ifadə etdi. Üstəlik, anlayanlar üçün şou boyunca nə qədər dürüst, açıq oyun oynayan iştirakçı kimi yaddaşlarda qaldı. O, bir növ şounun əfsanə olan iştirakçılarından oldu. Həqiqətən də güclü bir qadının kişi iştirakçı tərəfindən zəif qadının əli ilə "vurulması" şou da olsa belə, təfəkkürü, məntiqi, ədaləti olanlara çox acınacaqlı təsir bağışlayır. Və bu, şou olsa da belə, orda göstərilən xainlik, zəiflik və başqa mənfi cəhətlər iştirakçıların xarakterlərinin bir yanıdır. Hər bir halda mərd olmaq gözəl xüsusiyyətdir!
Azər NƏSİBOV