"Bu il ilk dəfə prosesi tətbiq edirik, növbəti ildə daha da təkmilləşdirilməsini planlayırıq"
    • 27-07-2022, 12:04
    • 247

"Bu il ilk dəfə prosesi tətbiq edirik, növbəti ildə daha da təkmilləşdirilməsini planlayırıq"

“Məktəbəqədr təhsilin əhatələliyini artırmaq prioritet məsələdir. Dünyada bağçadan fərqli bir çox model var. Azərbaycanda ənənəvi bağça modelindən fərqli 2 model də var. Məqsədimiz əvvəlcə 5 yaşlı uşaqları, daha sonra 4 və sonra aşağı yaşları icma əsaslı məktəbəqədər təhsilə cəlb edək. Məktəbəqədər hazırlığa gedən uşaqlar cəmiyyətin rifahına xüsusi töhfə verir. Bizim təcrübəmizdən görürük ki, bütün sistemlər şffaflaşdıqca, elektronlaşdıqca, etirazlar ortaya çıxır".

News24.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin birifinqində nazir Emin Əmrullayev deyib.

O bildirib ki, hər il narazılıqlar olacaq: "Obyektiv səbəblər ola bilər. Məktəbəqədər təhsildə seçim kriteriyalarımız var. Bu il ilk dəfə prosesi tətbiq edirik, növbəti ildə daha da təkmilləşdirilməsini planlayırıq".