-
- 29-07-2022, 12:56
- 327
Bakıda üç nəfər taksi sürücüsünü bıçaqla hədələdi
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə iyulun 26-da saat 23 radələrində Xocəsən qəsəbəsi ərazisində “TOFAŞ” markalı taksidə 3 nəfərin Masallı rayon sakini Ş.Əliyevi bıçaqla hədələyib içərisində pulu və sənədi olan cüzdanını quldurluq yolu ilə talamaları və avtomobildən düşürmələri barədə müraciət daxil olub.
News24.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Abşeron rayon sakini K.Quliyev, Sabirabad rayon sakini A.Həsənov və Bərdə rayon sakini S.Kərimova müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.