Prokurorluq: Qanun pozuntuları ilə bağlı müəssisə və təşkilat rəhbərlərinə 115 təqdimat verilib
    • 1-08-2022, 11:10
    • 200

Prokurorluq: Qanun pozuntuları ilə bağlı müəssisə və təşkilat rəhbərlərinə 115 təqdimat verilib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Bu günün rəqəmi isə 115-dir.

News24.az xəbər verir ki, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun  pozuntularının  aradan  qaldırılması  və  gələcəkdə  bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait  yaradan  halların  aradan  qaldırılması  məqsədilə  aidiyyəti müəssisə  və  təşkilatların rəhbərlərinə 115 təqdimat verilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.