“Kinomuzda boşluqlar var, bu yükün altından çıxa biləcəyəmmi, BİLMİRƏM” – Rasim Balayev
    • 2-08-2022, 11:41
    • 2 624

“Kinomuzda boşluqlar var, bu yükün altından çıxa biləcəyəmmi, BİLMİRƏM” – Rasim Balayev

Avqustun 2-si Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günüdür. 

Biz də öz növbəmizdə həm bayramlaşmaq, həm də hazırkı ovqatı öyrənmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. 

O News24.az-a açıqlamasında bu fikirləri bölüşüb: 

“Qarşıda icra ediləcək layihələr Mədəniyyət Nazirliyinin ixtiyarındadır, bizim layihə reallaşdırmağa səlahiyyətimimiz yoxdur. Təbii ki, önümüzdəki aylarla bağlı planlarımız var. Çünki kinomuzda boşluqlar var, nəsə etmək lazımdır. Mən bu yükün altından çıxa biləcəyəmmi, bilmirəm, naməlumdur. Bunu zaman göstərəcək”.