Şəhidimizin anasının ölüm xəbəri YALANDIR
    • 4-08-2022, 11:56
    • 3 431

Şəhidimizin anasının ölüm xəbəri YALANDIR

Dünən Laçında erməni təxribatı nəticəsində şəhid olan əsgərimiz Anar Kazımovun anasının oğlunun qara xəbərini alarkən ürəktutmasından dünyasını dəyişməsi barədə sosial şəbəkədə xəbərlər yayılıb.

News24.az "TV Musavat"-a istinadən xəbər verir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiyadır.

Qeyd olunub ki, şəhidin anasının səhhətində onun həyatına təhlükə yaradan problem yoxdur.