Murad Dadaşovun "Maşın şou"da səsverməyə müdaxilə etməsinə REAKSİYA - FOTO-VİDEO
    • 26-12-2018, 16:26
    • 1 391

Murad Dadaşovun "Maşın şou"da səsverməyə müdaxilə etməsinə REAKSİYA - FOTO-VİDEO

Ötən gün ölkənin ən reytinqli verilişlərindən olan “Maşın şou” iştirakçılarının media nümayəndələri ilə görüşü baş tutub.

News24.az xəbər verir ki, məşhurlar görüş zamanı jurnalistlərin suallarını cavablandırıb və realiti şounun qaranlıq məqamlarına aydınlıq gətiriblər.

İlk olaraq isə şairə Nazilə Səfərlinin aparıcı Xəyalə Quliyevanın əli ilə yarışmadan uzaqlaşdırılması mövzusuna toxunulub və N.Səfərlinin yarışmaçılardan birini “hormonsuz” adlandırdığı deyilib.

Maşının ətrfında dayanan hər kəs həmin sözün Xose Bernardoya şamil edildiyini düşünsə də Bernarno bu sözün ona ünvanlanmadığını bildirib.

Gün ərzində 7 saata yaxın ayaq üstüə dayanmağa məcbur olan məşhurların əksəriyyəti yarışmaya maşına görə deyil, oyun üçün gəldiklərini bildirib. Lakin, buna baxmayaraq finala qalacaqları halda heç kimə güzəşt edib əlini maşından götürməyəcəklərini də açıqlayıblar.

Görüşdə “Maşın şou”da keçirilən sms səsverməsinə də toxunulub. Əsas müzakirə mövzusu isə xalq artisti Murad Dadaşovun reklam fasilələrində iştirakçıların fikrini dəyişərək başqa hədəf seçməyə məcbur etməsi ilə bağlı sual olub.

Sözügedən sualı “MGP”nın işçilərindən biri cavablandırıb. O, ünvanlanan sualın kökündən yanlış olduğunu və bu mövzuda yayılan xəbərlərin heç bir həqiqəti əks etdirmədiyini bildirib. Həmçinin əlavə olunub ki, “Əgər belə olsaydı bizə gündəlik mövzu verən Nazilə Səfərlinin oyundan çıxarılmasına icazə verilməzdi”.

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV