-
- 8-08-2022, 12:19
- 434
Qadın sürücü yol polisinin əlini dişlədi - İNSİDENT
Ufa vilayətində 53 yaşlı qadın sürücü yol polisi müfəttişini dişləyib.
News24.az xarici mediaya istinadla xəbər verir ki, regional yol polisi mətbuat xidmətinin məlumatına görə, hadisə Ufa vilayətinin Jukovo kəndində baş verib.
Yol polisi əməkdaşları yerli sakinin idarə etdiyi “Daewoo Matiz” markalı avtomobili saxlayıblar. Polis bir neçə dəfə ondan sənədlərini göstərməyi tələb edib. Qadın isə cavab olaraq uca səslə nalayiq ifadələr işlədib. Müfəttiş açıq pəncərədən ona maşının qapısını açmağa kömək etmək istəyəndə isə sürücü qadın polisin əlindən tutub və dişləməyə başlayıb. Qadını ram etmək üçün polislər onun əlinə qandal vurmalı olublar.
Hadisə ilə bağlı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələblərinə tabe olmamaq maddəsi üzrə protokol tərtib edilib. Məhkəmə qadına 3 sutka inzibati həbs təyin edib. Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi faktına dair materiallar Ufa Rayonlararası İstintaq İdarəsinə göndərilib. Məhkəmə-tibbi ekspertizası aparıldıqdan və müvafiq araşdırmalardan sonra qadının hərəkətlərinə hüquqi qiymət veriləcək.
Nilay