Məşhur müğənni karyerasını bitirir - VİDEO - FOTO
    • 27-12-2018, 11:56
    • 689

Məşhur müğənni karyerasını bitirir - VİDEO - FOTO

Türkiyənin əfsanə müğənnisi Hakan Peker qəribə açıqlama verib.

2019-cu ildə yeni albom çıxardacaq müğənni bildirib ki, bu, onun musiqi karyerasındakı sonuncu albomu olacaq. Peker yeni çıxardacağı albomdakı bütün mahnılara klip çəkdirəcəyini, konsertlər verəcəyini bildirib. İki il davam edəcək yaradıcı planlarını sonlandırdıqdan sonra karyerasını bitirəcək:

"Ölənə qədər musiqi ilə məşğul olum, səhnədə ölüm kimi bir istəyim yoxdur. Hər şeyin bir sonu var. Həyat musiqidən ibarət deyil. Bu günə qədər 17 albomum işıq üzü gördü, minlərcə konsertlər verdim. İki ildən sonra özümə ferma açıb, sadə həyat yaşamaq xəyalım var. Mən unudulmaq haqqımı istifadə etmək istəyirəm. Öldükdən sonra bütün mahnılarımı silsinlər. Məsələn, mənim üçün "Hakan Peker" anım gecələri təşkil etməklərini istəmirəm - vəsiyyətimdir"!

News24.Az