Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür
    • 11-08-2022, 15:36
    • 247

Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.

News24.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2022-2023-cü tədris ili üçün tədris (məşğələ) planının təsdiqi barədə əmrində öz əksini tapıb.

Dərs ili iki yarımilə bölünür: 10.1. I yarımil: 1 oktyabr - 26 yanvar; 10.2. II yarımil: 1 fevral - 31 may. 11. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: 11.1. payız tətili: 16-20 noyabr (5 gün); 11.2. qış tətili: 27-31 yanvar (5 gün); 11.3. əlavə tətil: 1-5 may (5 gün).