Nazirlikdən Şahdağ Milli Parkındakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB
    • 15-08-2022, 17:58
    • 275

Nazirlikdən Şahdağ Milli Parkındakı yanğınla bağlı AÇIQLAMA - YENİLƏNİB

Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***

16:57


Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

News24.az "report"a istinadən xəbər verir ki, rayonun Tıkanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub.