Rusiyanın Krımdakı hərbi hissəsinə uğurlu zərbə endirilib - FOTO
    • 16-08-2022, 10:28
    • 243

Rusiyanın Krımdakı hərbi hissəsinə uğurlu zərbə endirilib - FOTO

Müvəqqəti olaraq işğal olunmuş Krımın Cankoy rayonunun Qalay (Azovsk) kəndində bu gün səhər Rusiyaya məxsus hərbi hissədə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov Facebook səhifəsində məlumat verib.

"Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər verirlər: Cankoy vilayətinin Qalay (indiki Azovsk) kəndində rusların hərbi hissəsinə uğurlu zərbə endirilib. Bir saatdır ki partlayış səsləri  eşidilir", - Çubarov yazıb.

O, əlavə edib ki, mərmilər silah-sursat anbarına düşüb, partlayış səsləri uzaq çöllərə yayılıb.

İşğal edilmiş Krımın "rəhbəri" Aksyonov təcili olaraq Cankoy rayonunun Mayskoye kəndinə gedib. Bu kəndə Qalaydan 1 kilometr aralıda yerləşir", - o əlavə edib.

Nilay