Putindən çılğın qərar: Onuşaqlı analara 1 milyon pul və medal veriləcək
    • 17-08-2022, 16:03
    • 284

Putindən çılğın qərar: Onuşaqlı analara 1 milyon pul və medal veriləcək

Rusiyanın prezidenti Vladimir Putin yeni layihəyə imza atıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 uşaq dünyaya gətirmiş qadınlara 1 milyon rubl veriləcək.

Pul mükafatı ilə yanaşı, çoxuşaqlı analar qızıl medalla da mükafatlandırılacaq. Bu ödül sonuncu övladının 1 yaşı bitən 10 uşaqlı analara veriləcək.

Qeyd edək ki, çoxuşaqlı anaların mükafatlandlırılması ənənəsinin əsası sovet dövründə qoyulub. Hələ o zaman, Stalinin rəhbərlik dönəmində 10 və daha çox uşaq dünyaya gətirmiş qadınlara “Qəhrəman ana” medalı verilib.

Vüsalə Babaşova