Tramp çıxılmaz vəziyyətə düşdü
    • 19-08-2022, 15:50
    • 479

Tramp çıxılmaz vəziyyətə düşdü

ABŞ-nin eks-prezidenti Donald Tramp çıxılmaz vəziyyətdədir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “Trump Organization” şirkətinin maliyyə şöbəsinin keçmiş rəhbəri Allen Vaysselberq məhkəmədə Trampın vergi ödəməkdən boyun qaçırdığı etiraf edib.

Allen bahalı maşınlar, Manhettendəki evlər və nəvələrinin özəl məktəblərdə təhsil almasını şirkətdən aldığı əlavə gəlirlər hesabına etdiyini açıqlayıb və irəli sürülən 15 ittihamı qəbul edib.

Hakim onun “Rikers Island” həbsxanasında 5 ay, daha sonra isə 5 il şərti cəza alacağını bildirib. Həmçinin Vaysselberq 2 milyon dollar ödəməlidir.
Allen Trampın şirkəti ilə bağlı ittihamlara görə otyabrda keçiriləcək məhkəmədə şahid qismində ifadə verəcək.
Qeyd edək ki, Allen Vaysselberq vergilərin tam ödənilməməsi, əlavə gəlirlərin əldə olunması səbəbilə 2021-ci ildə həbs edilib.

Vüsalə Babaşova