677 bal toplasa da, yenidən imtahan verib 1-ci oldu - FOTO
    • 19-08-2022, 16:32
    • 9 612

677 bal toplasa da, yenidən imtahan verib 1-ci oldu - FOTO

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov imtahanlarda ümumlikdə 692,3 bal toplayıb. O, buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 bal yığıb.

News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi paylaşım edib.

Bildirilib ki, bu Sumqayıt şəhəri üzrə ən yaxşı nəticədir:

“Ziya həm 10, həm də 11-ci sinifdə Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibidir. Belə olan halda Ziya imtahansız qəbul olurdu. Ziya Prezident təqaüdçüsü olmaq, hədəflədiyi Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq üçün qəbul imtahanlarında iştirak edir və 677,6 bal toplayır.

Hədəfinə çatmaq üçün bu bal kifayət etmirdi və Ziya 2-ci dəfə imtahana qatılır və 692,3 bal toplayır”.