Sərnişin təyyarəsi havada alovlandı  - VİDEO
    • 25-08-2022, 11:31
    • 1 260

Sərnişin təyyarəsi havada alovlandı - VİDEO

Qvadalaxara-Los Anceles reysini yerinə yetirmək üçün havaya qalxan sərnişin təyyarəsi havada alovlanıb. 

News24.az xəbər verir ki, "Viva Aerobus" şirkətinə məxsus sərnişin təyyarəsi Meksikanın cənub-şərqində yerləşən Qvadalaxaradan havaya qalxarkən mühərriki alovlanmağa başlayıb. 

Təxminən 45 dəqiqə dövrə vuran təyyarə təcili yardım qruplarının hazır saxlandığı meydana eniş edib. Həmin anlar sərnişin kamerasına əks olunub. /Unikal/