Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan idmançı: “MƏNƏ ŞƏR ATIRLAR”
    • 1-09-2022, 13:39
    • 638

Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olan idmançı: “MƏNƏ ŞƏR ATIRLAR”

Bakıda 13 yaşlı qızla cinsi əlaqədə olmuş gəncə cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, İmişli rayon Şahverdilər kənd sakini, 2003-cü il təvəllüdlü Sakit Babayev (ad və soyadlar şərtidir) 14 yaşı tamam olmamış qızla cinsi əlaqədə olduğuna görə barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, 13 yaşlı Ləman atası ilə anası boşandıqdan sonra anasının himayəsində qalıb. Lakin bir müddət sonra onun anası Türkiyə vətəndaşı ilə ailə quraraq Avstriyaya köçüb və qızı nənə-babasının yanında qalıb. Onlar Biləcəridəki “Kristal Abşeron” yaşayış massivində yaşayıblar.

İmişli rayonundan olan Sakit və qardaşı isə Bakıda cüdo idmanı ilə məşğul olduqlarından paytaxtda yaşayıblar. Bir neçə ay əvvəl Sakit binanın həyətində idman edərkən Ləman ona yaxınlaşaraq baxmağa başlayıb və daha sonra onlar tanış olublar. Bir-birlərinə nömrələrini verdikdən sonra 13 yaşlı qızla 19 yaşlı oğlan binadakı mənzildə görüşüblər və qeyri-təbii yolla cinsi əlaqədə olublar.

13 yaşlı qızının Bakıda zorlandığını eşidən anası isə daha sonra Azərbaycana gəlib və hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma zamanı qızın zorlanmadığı, öz razılığı ilə idmançı oğlanla görüşməsi məlum olub.

Məhkəmədə zərərçəkən qız hadisənin necə baş verməsini təsvir edib. Sakit Babayev isə ona şər atıldığını deyib: “Mənim günahım yoxdur, deyilənlər yalandır”.

Binəqədi rayon məhkəməsinin hökmü ilə 2003-cü il təvəllüdlü oğlana 3 il müddətinə şərti cəza verilib.