Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı
    • 2-09-2022, 11:05
    • 423

Oğuzda üç nəfər 16 yaşlı qızı qaçırdı

Oğuzda 16 yaşlı qız qaçırılıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki 3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.