Aydın Əliyevin qaynı barəsində cinayət işi başlandı
    • 3-09-2022, 14:15
    • 291

Aydın Əliyevin qaynı barəsində cinayət işi başlandı

Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Aydın Əliyevin qaynı Anar Hacıyev və onun ortağı olduğu bildirilən Səfər Səfərovun 100 min dollardan çox pulu mənimsədiyi iddia olunur.

News24.az xəbər verir ki, məsələ ilə bağlı Qafqazinfo-ya müraciət edən sahibkar Mövlud Məmmədov bildirib ki, tanışı Gülcənnət Abdullayeva ilə birlikdə bizneslə məşğul olublar və iş prosesində özünü gömrük brokeri kimi tanıdan Səfər Səfərovla tanış olublar. M.Məmmədov qeyd edir ki, S.Səfərov onların məhsulla dolu yük maşınını gömrükdən keçirmək üçün 40 min dollar alıb: “Səfər bizə dedi ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin qohumu, yəni həyat yoldaşının qardaşı Anar Hacıyev vasitəsilə istənilən işi görə bilər. Bu işə görə Səfər Səfərov bizdən 30 min dollar aldı, sonra Anar Hacıyev də Gülcənnət Abdullayevanın həyat yoldaşından 10 min dollar aldı. Yük maşınında olan 100 min dollarlıq malı da mənimsədilər”.

Sahibkar iddia edir ki, bununla bağlı hüquq-mühafizə etdiyi şikayət bir ilə yaxındır ki araşdırılmır: “Yanvar ayından iş Yasamal Rayon Polis İdarəsindədir, amma müstəntiq cinayət işi açmaq üçün bizdən 10 min manat rüşvət tələb edir. Əvvəlcə Pərviz adlı müstəntiq bizim əleyhimizə material toplayaraq cinayət işinin başlanılmasını rədd etdi. Bizim prokurorluğa şikayətimizdən sonra bu qərar ləğv edildi, bu dəfə iş müstəntiq Azər İsmayılovun icraatına verildi. Budəfəki müstəntiq bizdən izahat alanda dedi ki, “bu iş üçün əziyyət çəkmişəm”, 500 manat istədi. Həmin vaxt üstümüzdə manat yox idi, 300 dollar verdik”.