Kiyevdə “Tengri” ləqəbli kəşfiyyatçı son mənzilə yola salındı - VİDEO
    • 4-09-2022, 00:54
    • 312

Kiyevdə “Tengri” ləqəbli kəşfiyyatçı son mənzilə yola salındı - VİDEO

Ukrayna paytaxtı Kiyevdə döyüş tapşırığını yerinə yetirərkən həlak olan əfsanəvi kəşfiyyatçı-snayper “Tengri” ilə vida mərasimi keçirilib.

Ölümündən sonra da əsl adı açıqlanmayan “Tengri” ləqəbli hərbçi döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Kiyev sakinləri döyüşçünü son mənzilə dizüstə yola salıblar.

Məlumat üçün qeyd edək ki, Tenqri sözü Tanrı sözünün qədim türk dilindəki deyiliş formasıdır. Tenqri ifadəsinə Türk xalqlarına məxsus Orxon-Yenisey abidələrində də rast gəlinib.