II qrup əlil özünü yandıraraq öldürdü
    • 5-09-2022, 10:30
    • 216

II qrup əlil özünü yandıraraq öldürdü

Sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırıb.

Bu barədə News24.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Nəticədə Nazir Həsənov aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.