Bakının Hürriyət küçəsi təmir olunur - VİDEO
    • 6-09-2022, 16:54
    • 418

Bakının Hürriyət küçəsi təmir olunur - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin Hürriyyət küçəsini təmir edir.

News24.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 470 metr olan sözügedən küçəyə hazırda 12 santimetr olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb, yeni yol əsası və küçə profilə salınıb.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.