Ağdamda axtarışda olan şəxs stasionar postda saxlanıldı
    • 7-09-2022, 10:46
    • 182

Ağdamda axtarışda olan şəxs stasionar postda saxlanıldı

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sentyabrın 5-də saat 22 radələrində Bakı-Qazax yolunun 189-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda Cinayət Məcəlləsinin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə axtarışda olan Eldəniz Baxışovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

O, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Polis əməkdaşları tərəfindən avtomobildə olan sərnişin – Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş M.Hacıyevin isə narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o da polis şöbəsinə təhvil verilib. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.