Xaçmazda avtomobildən SİLAH TAPILDI
    • 7-09-2022, 10:55
    • 165

Xaçmazda avtomobildən SİLAH TAPILDI

Xaçmazda avtomobildən silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Hülövlü kənd sakini Sərxan Məmmədovun idarə etdiyi “VAZ-2174” markalı avtomobilə baxış zamanı oradan xaricdə istehsal edilmiş tapança aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.