Avtomobildən 10 kiloqram heroin aşkarlandı
    • 6-05-2022, 12:00
    • 213

Avtomobildən 10 kiloqram heroin aşkarlandı

Masallı sakininin avtomobilində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyiin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Lənkəran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş A.Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 10 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.