Baş Prokuror Siyəzəndə  vətəndaşları QƏBUL ETDİ - FOTO
    • 8-09-2022, 15:23
    • 302

Baş Prokuror Siyəzəndə vətəndaşları QƏBUL ETDİ - FOTO

Sentyabrın 8-də Baş prokuror Kamran Əliyev Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən, Şabran, Xızı və Quba rayonlarının sakinlərini qəbul edib.

Prokurorluqdan News24.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 27 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Şabran və Xızı rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.