-
- 12-09-2022, 15:01
- 578
Azərbaycanda uşaqbazlıq edən 2 nəfərə ağır cəza verildi
Bakının Xətai rayonunda və Abşeron rayonunun Goradil bağları qəsəbəsində azyaşlılara qarşı seksual xarakterli zorakılıq əməlləri törətmiş şəxslər tutulub.
News24.az məlumatına görə, Xətai rayonunda binalardan birinin həyətində oynayan 8 yaşlı qızın arxasınca düşüb pilləkəndə tutaraq ona qarşı əxlaqsız hərəkətlər edən 1989-cu il təvəllüdlü Z.A tutulub.
Onun barəsində Xətai RPİ-də Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Araşdırma zamanı məlum olub ki, 33 yaşlı şəxs Xətai rayonundakı binanın qarşısında uşaqları izləyib və dəhlizə daxil olan 8 yaşlı qızı təqib edərək, yaxalayıb və ona qarşı iyrənc hərəkətlər edib. Bu zaman uşaq qışqırmağa başlayıb və həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. Həmin gün axşam saatlarında Z.A yenidən həmin binanın yaxınlığına gəlib və onu görən qonşular bu barədə bir-birinə xəbər veriblər. Onlar Z.A-nı yaxalayaraq Xətai RPİ-nin 36-cı Polis Bölməsinə təhvil veriblər.
Digər hadisə isə Abşeron rayonu Goradil bağlarında baş verib. Villalardan birində mühafizəçi işləyən və orada yaşayan Quba rayon sakini, 1974-cü il təvəllüdlü Qabil B. küçədə uşaqlarla oynayan 2016-cı il təvəllüdlü oğlanı həyətdəki itə baxmaq adı ilə aldadaraq içəri dəvət edib. O, uşaq həyətə girdikdən sonra ona qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra azyaşlının anası və bacısı həyətə gələrək, uşağı aparıblar və bu zaman Qabilin şalvarının dizinə qədər aşağıda olduğunu görüblər. Azyaşlı da gözətçinin ona qarşı “ayıb hərəkətlər” etdiyini deyib. 48 yaşlı şəxs barəsində də Abşeron RPİ-də Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş açılıb.
Araşdırma zamanı Qabil B.-nin telefonunda uşaq pornoqrafiyasına dair videolar da aşkar edilib.
Uşaqbazlıqla bağlı açılan hər iki iş üzrə məhkəmə prosesi keçirilib. Z.A barəsindəki işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və sentyabrın 8-də başa çatıb. Ona 10 il 6 ay həbs cəzası verilib.
Qabil B. barəsindəki işə isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb və ona 12 il həbs cəzası təyin edilib.