-
- 12-09-2022, 16:01
- 516
Əflatun Amaşovdan Əvəz Zeynallının həbsinə REAKSİYA
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Əvəz Zeynallının həbsinə münasibət bildirib.
News24.az xəbər verir ki, Amaşov Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən uzaq olduqlarını qeyd edib.
O qeyd edib ki, Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür: “Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.
Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.
Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq.
O vurğulayıb ki, Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayır: “Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaq. Allah Əvəz Zeynallının qapısını açsın.”