Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı
    • 2-01-2019, 17:57
    • 1 070

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı

Birləşmiş Ərəb Əmirliyinin Paytaxtı Əbu-Dabidə əmir Zeyd İbn Sultana həsr olunmuş festivalda iştirak edən azərbaycanlılar erməniləri qıcıqlandırmağı bacarıblar. 

Azərbaycanın “Biz dağıq” abidəsi şəklində qurulmuş pavilyonu Ermənistan tərəfi bərk əsəbləşdirib. Müxtəlif erməni xəbər agentlikləri və saytları bu barədə məlumatlar dərc edərək, abidənin özlərinə aid olması barədə hay-küy yaradılblar.

Qeyd edək ki, “Biz dağıq” abidəsi 1967-ci ildə, indi Ermənistanın işğalı altında olan, o zamanlar Stepanakert adlandırılan Xankəndi ərazisində qurulub. Baxmayaraq ki, abidənin müəllifi Sarqis Baqdasaryandır, lakin abidə Azərbaycan tərəfinin razılığı və təşəbbüsü ilə ucaldılıb. 

Abidə dağlarda yaşayıb birlikdə 100 yaşa çatmış iki qocanı, ər-arvadı təsvir edir və Qarabağın uzunömürlülər diyarı olmasına diqqət çəkmək  üçün nəzərədə tutulmuşdu.Kənardan baxanda insan simaları həm də torpaqdan boy atan dağ şəklində təsvir olunub.
//OxuAz