“Araz” supermarketdə çalışan xanım işçilərə qarşı CİNAYƏT
    • 15-09-2022, 12:57
    • 469

“Araz” supermarketdə çalışan xanım işçilərə qarşı CİNAYƏT

Sentyabrın 8-də Bakı şəhəri, Nərimanov rayonu İ.Dadaşov küçəsində yerləşən “Araz” supermarketinin xanım əməkdaşlarına məxsus sənədlər oğurlanıb.

News24.az-ın əldə etdiyi məlumata görə, orada işləyən Tərlan Rəhimova və Sevinc Əliyevaya məxsus sənədlər oğurlandıqdan sonra onların bank hesablarından pul çıxarılıb. Belə ki, T.Rəhimovanın kartından 339 manat, S.Əliyevanın maaş kartından isə 228 manat pul gizli şəkildə çıxarılıb.
Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra araşdırmalara başlanılıb. Məlum olub ki, market əməkdaşlarının kartları 1963-cü il təvəllüdlü Zərxanım Bədəlova tərəfindən oğurlanıb və hesablarından pul çıxarılıb.

Z.Bədəlova törətdiyi əməllə bağlı istintaqa cəlb edilib.